XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

08 İyun 2017 - 18:31

Prezident yataqxanada baş verən yanğınla bağlı hadisəni nəzarətə götürdü –Açıqlama

Dünən paytaxtın Yasamal rayonu ərazisində yataqxanada yanğının baş verməsi barədə Baş nazirin müavini Əli Həsənov Prezident İlham Əliyevə məlumat verib və görülən bütün tədbirlər Prezidentin nəzarəti altındadır.

Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Məlumata əsasən komitə sədri Əli Həsənovun rəhbərliyi ilə Yasamal Rayon İcra Hakimiyyətində müşavirə keçirilib. Müşavirədə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, Dövlətqaçqınkomun məsul şəxsləri, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və yanğından zərər çəkmiş məcburi köçkünlər iştirak ediblər.

Müşavirədə məcburi köçkünlərlə aparılan müzakirələrdən sonra qərara alınıb ki, yanan mənzillər qısa müddət ərzində təmir ediləcək. Sakinlərə isə müvəqqəti olaraq kirayə mənzillərdə yaşamaları üçün maddi yardım veriləcək.

Bununla yanaşı məcburi köçkünlərə dəymiş ziyanın araşdırılması üçün Komitə sədrinin sərəncamı ilə müvafiq qurumların nümayəndələrinin və məcburi köçkünlərin iştirakı ilə komissiya yaradılıb.

Ə.Həsənov yanğın baş vermiş mənzillərin çıx qısa müddətdə təmir edilməsi üçün müvafiq idarələrin rəhbərlərinə tapşırıqlar verib.

Qeyd edək ki, dünən paytaxtın Yasamal rayonu ərazisində Şərifzadə küçəsi 1, ünvanında yerləşən Azərbaycan Texniki Universitetinin 3 nömrəli yataqxanasında yanğın baş verib. Baş vermiş hadisə nəticəsində 16 məcburi köçkün ailəsinin məskunlaşdığı mənzillər yanıb.