Son məlumatlara görə, ölənlərin sayı 27-yə çatıb.
***
Binadakı girovların hamısı azad edilib. Lakin terrorçular hələ də oteldədilər.
CNN Malidən olan polkovnik Mamed Kulibaliyə istinadən insident zamanı 10 nəfərin həyatını itirdiyi barədə məlumat yayıb.
****
Malinin paytaxtı Bamako şəhərində «Radisson Blu» otelini ələ keçirən terrorçuların «Əl-Qaidə» üzvləri olduğu məlum olub.
Strateq.az xəbər verir ki, bu barədə «Reuters» agentliyi məlumat yayıb.
Son məlumatlara görə, ölənlərin sayı 18-ə çatıb. Agentlik binadakı girovların hamısının azad edildiyini xəbər versə də, otelin sahibi terrorçuların əlində hələ də 125 nəfərin qonağın və 13 otel əməkdaşının qaldığını bildirir.