Suriyadakı əməliyyatlarda iştirak edən rus hərbiçilər İŞİD hədəflərinə atılacaq bombaların üzərinə «Bizimkilər üçün!», «Paris üçün!» sözlərini yazıblar.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bundan əvvəl də İŞİD-ə aviazərbələr endirən Fransa təyyarələrinin üzərinə “Parisdən sevgilərlə” sözləri yazılmışdı.
Qeyd edək ki, İŞİD-in törətdiyi son teraktların birində 224 Rusiya vətəndaşı, digərində isə 130 Fransa vətəndaşı həyatını itirib.