Müdafiə Nazirliyinin ordu korpuslarının komandirlərinin yerdəyişməsi aparılıb.
Strateq.az-ın məlumatına görə, Şəmkir korpusunun komandiri, general-leytenant Rövşən Əkbərov yenidən Bakı korpusunun komandiri təyin edilib. Beyləqan korpusunun komandiri general-mayor Xaqani Cəbrayılov isə Şəmkir korpusuna aparılıb.
Əldə etdiyimiz digər məlumata görə isə, polkovnik Mayıs Bərxudarov Beyləqan korpusunun komandir əvəzi təyin olunub.
Strateq.az