"Mərhum energetika naziri Natiq Əliyevlə vida mərasimi sabah saat 12.00-da "Şəhriyar” adına mədəniyyət klubunda keçiriləcək".
Bu barədə Strateq.az-a Energetika Nazirliyinin mətbuat katibi Zəminə Əliyeva məlumat verib.
Onun sözlərinə görə, Natiq Əliyevin cənazəsi sabah saat 09.30-da Bakıya gətiriləcək: "Mərhum II Fəxri Xiyabanda torpağa tapşırılacaq".