XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 November 2015 - 07:34

Suriya Türkmənləri dirənir, vəziyyət isə çox ağırdır

 

Suriyanın şimal-qərbində Lazkiyə şəhərinin şimalında yerləşən Türkmən dağında şiddətli döyüşlərin davam etdiyi xəbər verilir.

Strateq.az bildirilir ki, ötən gün Türkmən dağının artıq Əsəd ordusu tərəfindən tamamən ələ keçirildiyi barədə məlumatlar yayılmış, hətta Türkiyə bununla əlaqədar Rusiyaya nota vermişdi. Bu gün gələn xəbərlər isə Suriya türkmənlərin hələ də təslim olmadıqlarını göstərir.

Bununla belə, Türmən dağında soydaşlarımızın vəziyyətı xeyli acınacaqlıdır. Məlumata görə, rusların quru, dəniz və havadan dəstək verdiyi Bəşər Əsəd ordusu türkmən mövqelərinə bir neçə cinahdan hücum edib.

Suriya Türkləri Dərnəyinin Baş katibi Əhməd Vəzir dünən səhərdən başlayan mütəmadi hücumların bir neçə nöqtədə davam etdiyini bildirib.

Türkmən birliklərin bütün imkanlarıyla bölgəni müdafiə etməyə çalışdığını deyən sözçüyə görə, soydaşlarımızın təcili hərbi təhcizata ehtiyacı var: Bölgədəki ən yüksək nöqtələrdən olan Qızıldağ rejimin əlinə keçərsə, strateji bir məntəqə itirilmiş olacaq. Bu zaman isə bölgədən ciddi köçlər başlaya bilər”.

Sözçü həmçinin döyüşlərdə Sultan Əbdulhəmid xan briqadasının komandiri ömər Abdullahın qardaşı, sahə komandiri Zəkəriyyənin həyatını itirdiyini də bildirib. 

——————————————————————-

Suriyadan gələn son xəbərlərə görə, Qızıldağ məntəqəsi də artıq Suriya ordusunun əlinə düşüb. Bölgədə yaşayan 25 min əhali qətliam qorxusu altındadır. Artıq bölgədən Türkiyə sərhədlərinə doğru insan axını başlayıb.