XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 November 2015 - 08:02

BMT Təhlükəsizlik Şurası Fransa ilə bağlı təсili toplandı – Qərar

BMT Təhlükəsizlik Şurasının Fransa ilə bağlı növbədənkənar toplantısı keçirilib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, səsvermə zamanı Fransanın İraq və Suriyada İŞİD-ə qarşı mübarizəyə dair təqdim etdiyi qətnamə layihəsi yekdilliklə qəbul olunub.

«Reuters»in məlumatına görə, sənəddə terrorun maliyyələşdirilməsinə, döyüşçülərin Suriya və İraqa getməsinə mane olmağın zəruriliyindən bəhs olunur.  

Təhlükəsizlik Şurası üzv ölkələri terror aktlarının qarşısını almaq üçün səylərini ikiqat artırmağa çağırıb.

Qətnamədə o da bildirilir ki, İŞİD beynəlxalq aləm və təhlükəsizlik üçün qlobal təhdid təşkil edir. Sənəddə İŞİD-in Fransa, Ankara, Beyrut və Tunisdə, həmçinin Rusiya təyyarəsində törətdiyi terror aktları kəskin pislənib.