Malinin paytaxtı Bakamoda yaşanan dünənki gərginlikdən sonra bu gün də bənzər hadisə Əfqanıstanda yaşanır. ölkənin Zabul əyalətində terrorçular 20-dən artıq insanı girov götürüblər.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, əyalət polisinin rəhbəri Qulam Caylani Faxari insidentin bu gün səhər saatlarında baş verdiyini bildirib.
Onun sözlərinə görə, terrorçular girov götürdükləri adamları naməlum istiqamətə aparıblar.
Hələlik hadisəyə görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.
Yerli «Pajvak» agentliyi girov götürülənlərin sayının ən azı 30 olduğunu bildirib. Agentliyin məlumatına görə, insanları Kabil-Kandaqar avtobusundan oğurlayıb aparıblar.