XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

21 Noyabr 2015 - 09:51

Dünya terrorizmə qarşı birləşdi: İŞİD-in işi yaş

Fransa tərəfindən hazırlanan və BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunan İŞİD-ə qarşı mübarizə ilə bağlı qətnamə layihəsinə dünya dövlətlərinin liderləri münasibət bildiriblər.

Strateq.az xəbər verir ki, qətnaməni şərh edən Fransanın BMT-dəki təmsilçisi François Delattrenin fikrincə, bu qərarla İŞİD-ə qarşı mübarizə beynəlxalq hüquq və BMT qərarıyla legitim əsasa çevrilib: “Yaxın günlərdə “Şarl de Qoll” təyyarə gəmisinin Suriya sahillərinə çatmasından sonra Fransanın hücum potensialı 3 qat artacaq”.

İngilətərənin baş naziri David Kameron da qətnaməni yüksək qiymənlədirib: “Dünya bu gün İŞİD-ə qarşı birləşdi. Beynəlxalq ictimaiyyət bir araya gəldi və dinindən, irqindən asılı olmayaraq hər kəsi təhdid edən bu kabusu məğlub etməyə qərar verdi”.

Ekspertlər bu qərardan sonra İŞİD-in işinin yaş olacağına inanırlar.

Xatırladaq ki, qəbul olunan qətnamədə Paris partlayışları ilə yanaşı, İŞİD-in Ankara, Beyrut, Tunis hücumları və rus sərnişin təyyarəsini vurması da sərt bir dillə qınanıb.