AXCP Ali Məclisinin sədri Həsən Kərimov son mənzilə yola salınıb.
Strateq.az xəbər verir ki, dəfn mərasimində AXCP sədri Əli Kərimli, Milli Şuranın sədri Cəmil Həsənli, keçmiş Müsavat başqanı İsa Qəmbər və Həsən Kərimovun əksər silahdaşları və onu sevənlər iştirak ediblər.
H.Kərimov noyabrın 20-də vəfat edib. Yolda qəfildən halı pisləşən H.Kərimovu dərhal maşınla yaxınlıqdakı klinikalardan birinə aparıblar. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
1954-cü ildə anadan olan Həsən Kərimov ürək xəstəliyindən əziyyət çəkirdi. O, bir neçə dəfə urəyindən əməliyyat olunmuşdu. Altı il əvvəl bir neçə gün fərqlə iki oğlunu itirən Həsən Kərimov xəstəliyinə, yaşadığı ağrı-acılara baxmayaraq, ömrünün son gününə qədər demokratiya uğrunda mübarizədən bir addım geri çəkilmədi.
Allah rəhmət eləsin!