XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 June 2017 - 13:03

Energetika naziri Natiq Əliyevləvida mərasimi keçirilir (FOTO)

Bu gün energetika naziri Natiq Əliyevlə vida mərasimi keçirilir.

Trend-in məlumatına görə, vida mərasimi Bakı Mədəniyyət Mərkəzində keçirilir.

Mərasimdə dövlət və hökumət təmsilçiləri, ictimai-siyasi xadimlər, deputatlar, tanınmış iş adamları, ictimaiyyət nümayəndələri, mərhumun ailə üzvləri iştirak edirlər.

Mərhum nazirin tabutu önünə Azərbaycan Respublikasının Prezidenti və Vitse-prezidenti adından əklil qoyulub.

Mərhum nazir N.Əliyev Fəxri xiyabanda dəfn olunacaq.