XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

21 Noyabr 2015 - 16:57

ABŞ rəsmisi: “Rusiya müsəlman dünyasını özündən uzaqlaşdırır”

antoni.jpg

 

“Rusiyanın Suriyada keçirdiyi hərbi əməliyyatlar “çirkli kampaniyadır” və İrana, Hizbullaha, Bəşər Əsədə xidmət edir”.

Strateq.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin yetkilisi Antoni Blinken deyib. Onun fikrincə, Suriya sərhədində Türkiyə ilə birgə yürüdülən əməliyyatlar bölgənin İŞİD-dən təmizlənməsinə kömək edəcək.

Antlantik Şurasının İstanbulda keçirilən İqtisadiyyat və enerji sammitindəkı çıxış zamanı Blinken Rusiyanın Suriyadakı əməliyyatları uzun zaman davam etdirə bilməyəcəyinə inamını da gizlətməyib: “Bunun səbəbi isə ağır hərbi xərclərdir. Əsəd, İran və Hizbullahın xidmətinə verilən rus hava qüvvələri tərəfindən Suriyanın əksəriyyətinə qarşı keçirilən çirkli kampaniya ilə Moskva İslam dünyasını özündən uzaqlaşdırır”.

ABŞ rəsmisinin xüsusilə son fikirləri xeyli maraqlıdır və məşhur atalar sözünü yada salır: “Kor kora “kor” deməsə, günü ah-vahla keçər”.