XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

10 İyun 2017 - 17:04

Sumqayıtdakı zəhərlənmə ilə bağlırəsmi məlumat

"Sumqayıt şəhərində uşaqlar arasında yayılan xəstəliyin mədə-bağırsaq infeksiyası olduğu ehtimal edilir". 

Bunu "Report"a açıqlamasında Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsini icra edən İmran Abdullayev bildirib. 

Onun sözlərinə görə, artıq xəstəxana tərəfindən də oxşar diaqnoz qoyulub: “Onlara dəqiqləşdirilməmiş virus infeksiyası, bəzilərinə də mədə-bağırsaq virus infeksiyası qoyulub. Bu gün xəstəxanaya 14 uşaq yerləşdirilib. Hazırda xəstəxanada 54 uşaq müalicə olunur. Ümumilikdə son üç gün ərzində Saray, Masazır, Corat, Hacı Zeynalabdin Tağıyev və Ceyranbatan qəsəbələrindən xəstəxanaya müraciət edənlərin sayı 119 nəfərdir. Onlardan 72 nəfəri təkcə Tağıyev qəsəbəsinin sakinləridir. Artıq uşaqlardan 65 nəfəri evə buraxılıb. İnfeksiyanın sudan düşdüyü ehtimal edilir. Hazırda bir sıra əməkdaşlarımız uşaqların gətirildiyi ünvanlardan su nümunələri götürürlər. Laborator müayinələr aparılacaq. Son məlumatlar ictimaiyyətə açıqlanacaq”.