XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

10 İyun 2017 - 21:17

Əfqan əsgəri ABŞ hərbçilərini atəşə tutdu –2 əsgər öldü, 2-si ağır yaralandı

Əfqanıstanda sülhməramlı missiya yerinə yetirən  ABŞ ordusu bu gün gözlənilməz hadisə ilə üzləşib.

Strateq.az xəbər verir ki, bu gün Əfqanistanın Nangarhar əyalətində bir əfqan əsgəri ABŞ hərbçilərini qəfildən atəşə tutub.

Hadisə nəticəsində ABŞ ordusunun iki əsgəri yerindəcə ölüb, 2-si isə ağır yaralanıb.

Hücumu Taliban öz üzərinə götürüb.

Xatırladaq ki, mart ayında da buna oxşar hadisə baş vermişdi. Həmin vaxt da bir əfqan əsgəri Amerika hərbçilərini atəşə tutaraq, 3 əsgəri yaralamışdı.

Strateq.az