XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

11 İyun 2017 - 06:48

Qəddafinin oğlu azadlığa çıxdı –2011-ci ildən həbsdə idi

Liviyanın sabiq lideri Müəmmər Qəddafinin oğlu Seyf əl İslam Qəddafi ölkənin Zintan şəhərindəki həbsxanadan azadlığa buraxılıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Seyf əl İslam Qəddafini həbsdə saxlayan yerli silahlı qruplaşmanın bəyanatında bildirilir.

Bəyanatda qeyd olunur ki,  Qəddafinin oğlu Liviya parlamentinin qəbul etdiyi ümummilli amnistiya qərarı əsasında iyunun 9-da azadlığa buraxılıb.

Qəddafinin qohumları Seyf əl İslamın Zintan şəhərini artıq tərk etdiyini və təhlükəsiz yerdə olduğunu bildiriblər.

Seyf əl İslam 2011-ci ildə əsir götürülərək indiyədək Liviya həbsxanasında saxlanılıb. O, 2015-ci ildə ölüm cəzasına məhkum edilmişdi.