“İŞİD hədəflərinin müəyyən edilməsi və vurulması barədə Rusiya ilə heç bir əməkdaşlıq etməmişik”.
Strateq.az xəbər verir ki, bunu Fransanın Baş Qərargah rəisi, general Pier Vilyers yerli mətbuata deyib. O, İŞİD-ə qarşı hərbi qələbənin qısa müddətdə qazanılmayacağını bildirib:
“Parisdəki terror hücumundan sonra ölkənin təhlükəsizlik tədbirləri çərçivəsində 34 min əsgər hazır vəziyyətə gətirilib. İŞİD ortaq düşməndir, ancaq Rusiya ilə bu məsələdə əməkdaşlığımız olmayıb”.
Fransanın Müdafiə naziri Jan-İv Drian isə “Avropa 1” radiosuna müsahibəsində kimyəvi silah hücumu riski ilə üz-üzə ola biləcəklərini bildirib.