XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

12 İyun 2017 - 18:04

Prezident Xırdalan-Balaxanı yolunun çəkilməsi üçün 5 milyon ayırdı –SƏRƏNCAM

Prezident İlham Əliyev  Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən,  yüz səksən səkkiz min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitdən 5,3 milyon (beş milyon üç yüz min) manat “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.