ABŞ hökuməti xüsusi təyinatlı dəstələri Suriyadakı döyüşərə göndərib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, amerikalı hərbiçilər İŞİD-ə qarşı əməliyyatlarda iştirak edəcək.
İŞİD əleyhinə qurumun koordinatoru Brett Makqurk bildirib ki, xüsusi təyinatlılar tezliklə Suriyaya çatacaq: «Bu dəstələr radikal islamçılara qarşı çox uğurlu əməliyyatlar həyata keçirəcəklər».
Makqurk onu da bildirib ki, bir biri tərəfdən də kürdlər İŞİD-i Rakkadan çıxarmağa çalışırlar: «Min kilometrlərlə ərazini İŞİD-dən təmizləyiblər, 300 terrorçunu məhv ediblər».