XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

12 İyun 2017 - 22:49

“O, konqresin verdiyi səlahiyyəti aşıb” –Məhkəmə Trampın müsəlmanlara qarşı qadağasını rədd etdi

ABŞ-ın 9-cü Apellyasiya Məhkəməsi Prezident Trampın 6 müsəlman ölkəsi vətəndaşlarının Amerikaya gəlişinə qadağa tətbiq edən fərmanını rədd edib.

Strateq.az xarici mətbuata istinadən bildirir ki, yuxarı instansiya məhkəməsi 6 müsəlman ölkəsi – Suriya, İran, Liviya, Sudan, Somali və Yəmən vətəndaşlarına 3 ay viza və 4 ay mühacir statusu verilməsini qadağan edən fərmanı şok əsaslarla etibarsız sayıb.

Məhkəmə qərarını Prezidentin konqresin verdiyi səlahiyyət həddini aşmaqla əsaslandırıb: "Eyni zamanda, Trampın bu fərmanı əhalisinin çoxu müsəlman olan ölkələri əsassız hədəfə alırdı".

Strateq.az