XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

23 Noyabr 2015 - 10:00

“Belçikada terror təhlükəsi ilə əlaqədar səfirlik gücləndirilmiş iş rejimində işləyir”- XIN

 

 

xin foto.jpg

“Belçika Krallığındakı terror təhlükəsi ilə əlaqədar Azərbaycan Respublikasının bu ölkədəki səfirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və səfirliyin bütün əməkdaşları iş yerindədirlər”. 

Bunu “Report”un sorğusuna cavab olaraq, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. 

O bildirib ki, hazırda Belçikada olan Azərbaycan vətəndaşlarına kütləvi yerlərdən kənar durmaları və təhlükəsizlik tədbirləri ilə əlaqədar yerli hüquq-mühafizə orqanlarının tələblərinə riayət etmələri tövsiyə olunur: “NATO-nun mənzil-qərargahında yerləşən Azərbaycanın NATO yanında nümayəndəliyi təşkilatın tətbiq etdiyi təhlükəsizlik qaydalarına uyğun olaraq fəaliyyət göstərir”.