XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

13 İyun 2017 - 15:35

Prezident mərhum nazirin məzarını ziyarət etdi, oğluna başsağlığı verdi –FOTOLAR

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev mərhum energetika naziri, “Şöhrət” ordenli, Əməkdar Mühəndis Natiq Əliyevin məzarını ziyarət edib.

Strateq.az Azərtac-a istinadən xəbər verir ki, dövlət başçısı İlham Əliyev Fəxri xiyabanda Natiq Əliyevin məzarının önünə gül dəstələri qoyub, xatirəsinə dərin ehtiramını bildirib.

Prezident İlham Əliyev Natiq Əliyevin oğlu Fərhad Əliyevə bir daha başsağlığı verib.

Fərhad Əliyev atasının xatirəsinə göstərilən ehtirama görə dövlət başçısına minnətdarlıq edib.