XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

13 İyun 2017 - 18:08

Prezident Vüqar Səfərlini yenidən KİVDF-nin icraçı direktoru təyin etdi –Sərəncam

Prezident İlham Əliyev bu gün sərəncam imzalayıb. 

Strateq.az xəbər verir ki, sərəncama əsasən, Səfərli Vüqar Müzəffər oğlu  Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) İcraçı direktoru təyin edilib.

Qeyd edək ki, V.Səfərli bu sərəncama qədər də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru idi.