XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

13 İyun 2017 - 21:15

“Çox peşmanam, hər şeyi bərbad elədim…” –Britaniyanın Baş naziri üzr istədi

Sədrlik etdiyi hakim Mühafizəkarlar Partiyasının simasında son seçkidə parlamentdəki çoxluğu itirən Böyük Britaniyanın Baş naziri Tereza Mey silahdaşlarından üzr istəyib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, o, bu gün partiyasında keçirilən toplantıda hətta yaxın silahdaşlarını təəccübləndirən açıqlamalar verib. Baş nazir deyib ki, seçkidəki məğlubiyyətin əsas səbəbkarı özüdür:

"Seçkinin nəticələrinin belə alınmasından sonra çox peşmanam. Təkbaşına iqtidar qurmaq imkanlarımız olub. Lakin bu fürsəti zamanında düzgün qiymətləndirə bilmədik. Buna görə, sizlərin hər birindəın üzr istəyirəm. Hər şeyi bərbad elədim. Bütün qəbahət mənimdir, bu uğursuzluğun səbəbi mənəm. Bu uğursuzluqdan hamınızı qurtaracam…".

Tereza Mey indidən başlayaraq, sosial sahələrdə işləyənlərlə, o cümlədən gənclərlə daha fəal işlər aparmalı olduqlarını diqqətə çatdırıb.

Xatırladaq ki, iyunun 8-də keçirilmiş seçkidə Tereza Meyin sədrlik etdiyi Mühafizəkarlar Partiyası parlamentdəki çoxluğu qazana bilməyib. Buna görə, partiya əvvəlki kimi, təkbaşına iqtidar qurmaq şansını da itirib. Belə ki, hakim partiya İcmalar Palatasında 315 yer, leyboristlər isə 261 mandat əldə edib.

Britaniya parlamentinin İcmalar Palatasında isə cəmi 650 yer var. Parlamentdəki çoxlluğu əldə edib, təkbaşına iqtidar qurmaq üçünsə, partiyaya ən azı 326 mandat qazanmaq lazım idi… 

Strateq.az