XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

14 İyun 2017 - 00:36

Çavuşoğlu: “Qətərə, mümkünsə, oradan da Ərəbistana gedəcəm” –Körfəz böhranı

Bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qətərə rəsmi səfərə gedəcək.

Strateq.az "TRT haber"ə istinadən xəbər verir ki, bu barədə açıqlama verən Çavuşoğlunun sözlərinə görə, səfərdə məqsəd Qətər böhranını daha tez aradan qaldırmaqdır:

"Türkiyə aktiv şəkildə bu böhranın daha tez və qarşılıqlı barışla həll olunması üçün konkret addımlar atır və atmaqda davam edəcək. Sabah (bu gün) Qətərə yola düşəcəm. Mümkün olsa, oradan da Səudiyyə Ərəbistana gedəcəym. Ümid edirəm, tezliklə qardaşlarımız arasındakı bu diplomatik böhranın ortadan qalxmasına öz töhfəmizi verəcəyik".

Strateq.az