XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

14 İyun 2017 - 04:16

ABŞ Əfqanıstanda uduzduğunu etiraf etdi –Yeni strategiya hazırlanır

Amerikanın müdafiə naziri Cim Mettis iyunun 13-də Konqresə bildirib ki, ABŞ Əfqanıstanda qalib gələ bilmir və vəziyyəti dəyişmək məqsədilə yeni strategiya iyul ayınadək təqdim ediləcək.

Senatın Silahlı Qüvvələr Komitəsi qarşısında hesabat verən nazir bunu da bildirib ki, bu yaxınlarda Suriya hökumət qüvvələrinə raket zərbələri özünümüdafiə məqsədilə endirilib, çünki oradakı ABŞ əsgərlərinin mühfafizəsi bunu tələb edirdi.

Mettis deyib: “Biz hazırda Əfqanıstanda qalib gəlmirik. Biz bu vəziyyəti mümkün qədər tez düzəldəcəyik”.

Mettis bunu da əlavə edib ki, Pentaqon, çox güman, 2019-2023-cü illər üçün hərbi büdcənin 3-5 faiz artırılmasını rica edəcək.

Bundan bir gün əvvəl Cim Mettis demişdi ki, Əfqanıstan müharibəsində bütöv ölkənin hərbi probleminin həllindənsə, “regional yanaşma” tətbiq ediləcək.

ABŞ mediası yazırdı ki, müdafiə naziri Əfqanıstanda ABŞ-ın dəstəklədiyi hökumət qüvvələri ilə Taliban arasında yaranmış “durğunluğun” aradan qaldırılması üçün bu ölkəyə əlavə olaraq 3000-5000 əsgəri qüvvə göndərəcək…

azadliq.org