XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 November 2015 - 07:38

Oqtay Əsədova “yaşlı işıq” – YAP-dan açıqlama
 
Yeni Azərbaycan Partiyası Milli Məclisin sədrliyinə partiyanın Siyasi Şurasının üzvü Oqtay Əsədovun namizədliyini irəli sürəcək.
 
Bu barədə YAP-ın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev bildirib. H.Paşayevin sözlərinə görə, partiya O.Əsədovun ötən çağırışda fəaliyyətindən tam razıdır və onun vəzifəsini qanunauyğun şəkildə yerinə yetirdiyi qənaətindədir: “Oqtay Əsədov həm daxili nizam-intizamın qorunması, həm beynəlxalq əlaqələrin güclənməsi, həm də Azərbaycanın xarici siyasətdə qazandığı uğurlarda üzərinə düşən məsuliyyəti layiqincə yerinə yetirib”(Moderator.az).
 
Xatırladaq ki, bu gün V çağırış Milli Məclisin ilk sessiyası keçiriləcək.
 
İlk sessiyada Milli Məclisin sədri və sədrin müavinləri seçiləcək. Sessiyada parlamentin komitə sədrləri və komitə sədrlərinin müavinlərinin seçilməsi də nəzərdə tutulub.