XƏBƏR LENTİ

29 May 2020

Digər Xəbərlər

14 İyun 2017 - 23:00

Tacikistan prezidenti Qarabağla bağlı bəyanat verdi –Yerevanda

Tacikistan münaqişələrin danışıqlar yolu ilə nizama salınmasını dəstəkləyir.

Virtualaz.org Novosti Armeniya-ya istinadən bildirir ki, bunu Yerevanda səfərdə olan Tacikistan prezidenti Emomali Rahmon bəyan edib.

Ayrı-ayrı ölkələrdə və regionlarda cərəyan edən proseslərin pisləşməsindən əndişəsini ifadə edən Tacikistan prezidenti bildirib: "Öz sülh təcrübəmizə əsaslanaraq, biz ziddiyyətlərin və münaqişələrin hamının qəbul etdiyi beynəlxalq normalar çərçivəsində sülh yolu ilə həlli prinsiplərinə sadiqliyimizi ifadə edirik. Danışıqlar, bizim inamımıza görə, Dağlıq Qarabağ kimi ən mürəkkəb problemlərin həllində ən konstruktiv yoldur".