XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020

Digər Xəbərlər

15 İyun 2017 - 10:09

İmtahansız qəbul hansı ali məktəblərdə olacaq? –Hazırlıq qrupları haqda yeni xəbər

Ali məktəblərə imtahansız qəbul olunmağa imkan verəcək hazırlıq qrupları bütün ali təhsil müəssisələrində yaradılmayacaq.

Strateq.az Trend-ə istinadən xəbər verir ki, “Təhsil haqqında” qanuna edilən dəyişikliklər layihəsinə əsasən, ali məktəblərdə bakalavriat səviyyəsində birillik hazırlıq qrupları yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə təşkil olunacaq.

Qeyd edək ki, dəyişikliklər ali təhsili müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulunun yeni qaydasının tətbiqini – birillik təhsil qrupları vasitəsilə həyata keçirilməsini nəzərdə tutur.

Hazırlıq qruplarına tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçiriləcək.

Hazırlıq qruplarında tədrisin sonunda keçirilən buraxılış imtahanları nəticəsində müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin 1-ci kursuna qəbul olunurlar.