İranda səfərdə olan Rusiya Federasiyası prezidenti Vladimir Putin İslam İnqilabının Ali Rəhbəri Ayətullah Əli Xamneyi ilə görüşüb.
Putin Xamneyi ilə görüşdə Suriya məsələsi də daxil olmaqla enerji tərəfdaşlığı, ikitərəfli münasibətlər və sairə bir sıra məsələləri müzakirə edib. Onların arasında danışıqlar 1,5 saat davam edib.
Strateq.az ANS-ə istinadən xəbər verir ki, görüşdən sonra Rusiya lideri iranlı dini liderə müqəddəs kitab olan “Qurani-Kərim” bağışlayıb. Bu “Qurani- Kərim” qədim əlyazısıdır.
Xatırladaq ki, V.Putinin İrana səfəri ötən gün başlayıb. Bu son 8 ildə Rusiya liderinin İran İslam Respublikasına ilk səfəridir. Rusiya liderinin İranın paytaxtına gəlmə səbəbi Qaz İxracatçıları ölkələri Forumunda (QİöF) iştirakı ilə bağlıdır.
Səfər çərçivəsində Vladimir Putin İranın ali dini lideri Əli Xamneyidən başqa, ölkə prezidenti Həsən Ruhani ilə görüşüb.