XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

15 İyun 2017 - 12:11

“Moskva bizə mesaj göndərdi ki…” –Politoloqdan Rusiyaya ismarıc

Rəsmi Moskva Ümumrusiya Özbəkləri Konqresinin qeydiyyatını da ləğv edib.

Strateq.az xəbər verir ki, bununla bağlı şərh verən politoloq Elxan Şahinoğlunun sözlərinə görə, rəsmi Moskva bu qərarı ilə Azərbaycana da mesaj verib:

"Moskva bizə mesaj göndərdi ki, "Siz tək deyilsiniz, başqaları da qanunları pozur, ona görə də üzərinizə aldırmayın”. Bəli, söhbət Ümumrusiya Özbəkləri Konqresinin qeydiyyatının ləğvindən gedir. Sən demə bu təşkilatın da Ümumrusiya Azərbaycanlıları Konqresi kimi sənədləri qaydasında deyilmiş".

Politoloq deyib ki, Moskvanın bu addımına rəsmi Daşkəndin reaksiyası maraqlı olacaq:

"İnanmıram ki, Özbəkistan rəsmiləri narazılıqlarını açıq dillə bildirsinlər. Bir sözlə Moskva bu qərarla göstərmək istədi ki, hamıya bir gözlə baxır. Buna bircə şərtlə inana bilərik: Növbəti dəfə dostları olan Ara Abramyanın sədri olduğu Rusiya Erməni İttifaqının da qeydiyyatını ləğv etsinlər…".