Rusiya prezidenti Vladimir Putin 2014-cü ildə Ukraynada baş verən dövlət çevrilişini şərh edərkən jurnalistə ABŞ-la bağlı gözlənilməz sual verib.
Putin amerikalı kinorejissor Oliver Stouna müsahibəsində belə bir hadisənin Ağ Evdə baş verərkən onu necə adlandırılması ilə maraqlanıb.
ABŞ KİV-lərində Ukraynanın eks-prezidenti Viktor Yanukoviçin Kiyevdən qaçması barədə məlumatları şərh edən Putin bəyan edib ki, bu versiya sadəcə dövlət çevrilişinə bəraət qazandırmaq üçün səsləndirilib:
“O, ölkədaxili tədbir üçün ikinci böyük şəhərə gedən kimi, silahlı şəxslər onun iqamətgahını ələ keçirdi. Əgər ABŞ-da Ağ Evi tutsaydılar, onda bu necə adlanardı? Dövlət çevrilişi, yoxsa nə? Yoxsa siz düşünürsünüz ki, onlar ora döşəməni süpürmək üçün gəliblər?”.