XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

24 Noyabr 2015 - 08:39

Yeni parlamentin ilk iclasına Fəttah Heydərov sədrlik edir

 

Milli_Meclis.jpg

Parlamentin yeni tərkibdə ilk iclasını Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev açıb.

O deyib ki, Milli Məclisin Daxili Nizamnaməsinin 2-ci maddəsinə görə, yeni seçilmiş Milli Məclisin birinci iclasını ən yaşlı deputat aparmalıdır. Bu missiya Milli Məclisin deputatı Fəttah Heydərova nəsib olub.

İclasa sədrlik edən Fəttah Heydərov beşinci çağırış Milli Məclisin iclasını açıq elan edib.

Azərbaycan Respublikasının dövlət himni səslənib. F.Heydərov beşinci çağırış Milli Məclisə seçilən deputatların siyahısını oxuyub.