XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 June 2017 - 14:29

Zakir Həsənov planı təsdiqlədi –Mühəndis istehkam bölmələri hərəkətləndi (FOTOLAR)

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən Silahlı Qüvvələrin mühəndis-istehkam birləşmələrinin taktiki-xüsusi təlimi keçirilib.

Bu barədə Strateq.az-a Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimlərdə birləşmələrin döyüşə hazır vəziyyətə gətirilməsi, сəmləşmə rayonuna marş, ərazidə yerləşmə, hücum əməliyyatında mühəndis təminatına hazırlıq və onun yerinə yetirilməsi üzrə tapşırıqlar məşq etdirilib.

Təlim rəhbərləri və komandanlıq tərəfindən şəxsi heyətin praktiki hazırlığı, bacarıq və vərdişləri yüksək qiymətləndirilib.