XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

15 İyun 2017 - 14:41

“Əgər Qərb Rusiyaya qarşı sanksiyaları aradan qaldırsa…” –Putindən xəbərdarlıq

“Əgər Qərb Rusiyaya qarşı sanksiyaları aradan qaldırsa, Moskva da cavab tədbirlərini ləğv etməyə məcbur olacaq”.

Bunu Rusiya prezidenti Vladimir Putin televiziya tamaşaçıları ilə “Canlı əlaqə” zamanı deyib.

O bildirib ki, sanksiyalar nəticəsində Moskva 50-52 milyard dollar itirdiyi halda, sanksiyaları qəbul edən ölkələr 100 milyard dollar itirib.

Putin qeyd edib ki, yerli istehsalçılar daxili bazarın tələbatını qarşılamaq üçün əlindən gələni ediblər. Onun sözlərinə görə, nəticədə inflyasiya ən aşağı həddə düşüb, istehsal olunan məhsulun keyfiyyəti isə getdikcə artır.

Qeyd edək ki, ABŞ Senatı dünən Rusiyaya qarşı yeni sanksiyalar qəbul edib.  

APA