XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

15 İyun 2017 - 15:54

Andiçmədən bir neçə saat sonra Baş nazirin həyat yoldaşını güllələdilər –Təfərrüat

Afrikada yerləşən Lesoto dövlətinin yeni baş naziri Tom Таbanenin arvadı ərinin andiçmə mərasimindən bir neçə saat sonra güllələyiblər.

Bu barədə Röyter agentliyi məlumat yayıb.

58 yaşlı Lipolelo Taabne ölkə paytaxtı Maserunun yaxınlığında qətlə yetirilib. O, rəfiqəsi ilə evə gələrkən, naməlum qadın atəş açıb. Baş nazirin arvadı yerində ölüb, onun rəfiqəsini xəstəxanaya çatdırıblar.

Qətlin motivi hələlik məlum deyil, araşdırma gedir.

Baş nazir Tom Таbane və arvadı bir-birindən ayrı yaşayıb, 2012-cü ildə onlar boşanıblar.

Lesoto 2014-ci ildə çevriliş cəhdindən sonra siyasi qeyri-sabitlik dövrünü yaşayır. Cari ilin mart ayında əvvəlki baş nazirə etimadsızlıq rəyi çıxarıblar, ötən həftə yeni seçkilər keçirilib/Modern.az.