XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 November 2015 - 09:29

Türkiyə Rusiya təyyarəsini vurdu (FOTO, VİDEO)

Türkiyə Rusiyanın «Su-24» savaş təyyarəsini vurub.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, təyyarə Suriya-Türkiyə sərhədindəki Qızıldağ bölgəsində vurulub.

Türkiyə tərəfi ölkənin hava məkanını pozan təyyarəni vurmaq məcburiyyətində qalıb. 

Rusiya bölgədə daha çox «Su-24» və «Su-30» təyyarələrindən istifadə edir. Bunlar «Mig-23» təyyarələrindən daha müasir texnologiyaya sahibdir.

Rusiyanın savaş təyyarələri bundan əvvəl də bir neçə dəfə Türkiyənin hava məkanını pozmuşdular.

Türkiyə Xarici İşlər Nazirliyi bununla bağlı rəsmi Moskvaya xəbərdarlıq etmiş və növbəti belə halın təkrarlanacağı təqdirdə təyyarənin vurulacağını bəyan etmişdi.