XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 November 2015 - 09:59

Rusiya Türkiyəyə meydan oxudu: «Sübut edəcəyik!»

Türkiyə-Suriya sərhədindəki Qızıldağ bölgəsində vurulan Rusiya təyyərəsi ilə bağlı rəsmi Moskvadan dərhal reaksiya gəlib. 

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi «Su-24» savaş təyyarəsinin Türkiyənin hava məkanını pozmadığını iddia edib. Və bunu Türkiyə tərəfinə sübut edəcəklərini bildirib: «Təyyarənin yalnız Suriya sərhədləri daxilində uçduğunu sübut edəcəyik. Ehtimal edirik ki, təyyarə yerdən atılan raketlə vurulub. Olayı araşdırırıq». 

Müdafiə Nazirliyi təyyarədən paraşütlə atlayan pilotların aqibətindən xəbərsiz olduqlarını da bildirib.