XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

15 İyun 2017 - 19:40

Putin FTB-nin keçmiş şefindən danışdı:"Ona siyasi sığınacaq verməyə hazırıq"

Rusiya prezidenti bu gün "Birbaşa xətt"də ABŞ-la münasibətlərə də toxunub.

Strateq.az xəbər verir ki, Putin ABŞ-ın sanksiyaları genişləndirmə qərarını məntiqsiz sayıb.

Prezident bildirib ki, bu sanksiyalar ABŞ-ın daxili siyasətindəki çəkişmələrdən qaynaqlanır.

Putin daha sonra Tramın bu yaxınlarda qovduğu ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) sabiq rəhbəri Ceyms Komi ilə bağlı yaşanan qalmaqala münasibət bildirib: "Biz Vaşinqtonu özümüzə düşmən görmürük. Hətta bir çox sahələrdə birgə iş görməyə də hazırıq. O ki qaldı Ceyms Komi ilə bağlı məsələyə, o, ABŞ konqresinə hesabat verərkən, Rusiyanın kiberhücumuna dair bir fakt belə səsləndirə bilmədi. Komi bir kəşfiyyat rəhbəri kimi deyil, aktivist kimi davranır. Əgər ifadələrinə görə cinayət işi açılarsa, ona Rusiyada siyasi sığınacaq verməyə hazırıq".