XƏBƏR LENTİ

01 Oktyabr 2020

Digər Xəbərlər

24 Noyabr 2015 - 11:42

Türkiyə Baş Qərargah rəisi: «Pilotlara 5 dəqiqədə 10 dəfə xəbərdarlıq etdik»

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı bu gün səhər saatlarında vurulan Rusiya təyyarəsi ilə bağlı açıqlama yayıb.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Baş Qərargah rəisinin adından yayılan açıqlamada ölkənin hava məkanını pozan təyyarəyə 5 dəqiqə ərzində 10 dəfə xəbərdarlıq edildiyi bildirilir: «Bu gün səhər saat 9.20-də Hatay Yaylıdağı bölgəsində Türkiyənin hava məkanını pozan təyyarəyə 5 dəqiqədə 10 dəfə xəbərdarlıq olunub. Lakin xəbərdarlığa məhəl qoymayan təyyarə Türkiyənin hava məkanını pozub. Bölgədə olan Türkiyənin «F-16» təyyarələri də duruma müdaxilə etməli olub». 

Qeyd edək ki, vurulan təyyarə ilə bağlı müxtəlif məlumatlar yayılır. Türkmənlər də təyyarənin onların vurduğunu iddia edirlər.

Rusiya tərəfi isə təyyarənin Türkiyənin hava məkanını pozmadığını və bunu sübut edəcəklərini bəyan edir.