XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 November 2015 - 13:23

Yeni hökumətin “sürprizləri” – Ərdoğan kürəkənini nazir qoydu

Türkiyədə parlament seçkilərinin nəticələri noyabrın 1-dən bəlli olsa da, yeni hökumətin tərkibi açıqlanmaq bilmirdi. Günlərdir Türkiyədə hökumət «böhranı» yaşanırdı. 

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, böhranın səbəbkarı prezident Rəcəb Tayyib Ərdoğanın kürəkəni Berat Albayrak idi.

Mətbuatın yazdığına görə, Ərdoğan kürəkənini İqtisadiyyat naziri postunda görmək istəyirdi. Davudoğlu isə bu variantın AKP hökumətilə bağlı yeni söz-söhbətlərə əsas yaradacağını bildirərək Ərdoğanı bu fikrindən daşındırmağa çalışırdı.

Nəhayət günlər sonra yeni hökumətin tərkibi açıqlandı. Və məlum oldu ki, Albayrak Türkiyə Cümhuriyyətinin 64-cü hökumətində enerji naziri kimi faəliyyət göstərəcək.

Yeni kabinetdəki sürpriz adlarından biri də Alparslan Türkeş oldu. Türkeş MHP-nin seçim hökumətində iştirak etməmək qərarına qarşı çıxaraq Davudoğlunun təklifini qəbul etmişdi. Və müvəqqəti hökumətdə baş nazirin müavini olmuşdu.

Bu addımından sonra MHP-dən xaric edilən Türkeşin «əməyi» qiymətləndirildi və AKP hökuməti bu dəfə də ona baş nazirin müavini postunu təqdim etdi.