XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020

Digər Xəbərlər

16 İyun 2017 - 22:20

“Get, çevrilişlərə qarşı yürü, ədalət küçədə axtarılmaz…” –Baş nazirdən CHP-yə sərt mesaj

 

Türkiyənin baş naziri Binəli Yıldırım Diyarbəkirdə qatıldığı açılış mərasimində CHP lideri Kamal Kılıcdaroğlunun partiyadaşının həbsinə etiraz olaraq Ankaradan İstanbula başlatdığı piyada yürüşünə sərt reaksiya verib.

Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki,  baş nazir CHP-nin dünəndən başlatdığı "Ədalət" devizli yürüşün mənasız olduğunu deyib.

Baş nazir deyib ki, 15 iyul çevrilişində əlinə bayraq alıb küçəyə çıxmayanların indi belə addım atması anlaşılmazdır : "İndi də başlayıblar Ankaradan İstanbula piyada yürüşə. Yürüyəcəksənsə, get, çevrilişlərə qarşı yürü. Ədalət küçədə axtarılmaz…".

Strateq.az