XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

17 İyun 2017 - 00:10

Rusiyada qəzaya düşən azərbaycanlılar kimlərdir? –SİYAHI

Rusiyanın Kalmıkiya vilayətinin Çernozemelsk rayonunda Azərbaycan vətəndaşlarının olduğu mikroavtobusun aşması nəticəsində xəsarət alanların kimliyi məlum olub.

Kalmıkiyanın Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, xəsarət alan 11 nəfərin, o cümlədən 7 uşağın vəziyyəti stabil ağır qiymətləndirilir.

Qurum rəsmisinin sözlərinə görə, xəsarət alanlardan bir neçəsi ilkin tibbi yardımdan sonra özlərini normal hiss edirlər və xəstəxanadan çıxmaq istədiklərini bildiriblər.

Eyni zamanda qeyd edilir ki, həkimlər xəsarət alanlardan bəzilərinin müalicə üçün Kalmıkiyanın paytaxtı Elistaya göndərilməsi üçün hazırda konsilium keçirirlər.

FHN rəsmisi bildirib ki, qəzanın baş vermə səbəbi araşdırılır.

Xatırladaq ki, RİA Novosti İnformasiya Agentliyinin məlumatına görə, Rusiyanın Kalmıkiya vilayətinin Çernozemelsk rayonunda Azərbaycan vətəndaşlarının olduğu bildirilən mikroavtobus aşıb, hadisə nəticəsində 11 nəfər, o cümlədən 7 uşaq xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Qəzanın səbəbləri müəyyənləşdirilir.