Vladimir Putin Türkiyə qırıcıları tərəfindən Rusiyaya məxsus Su-24 bombardman təyyarəsinin vurulması ilə bağlı Təhlükəsizlik Şurasının iclasını çağırmayacaq.
Strateq.az ANS-ə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətinin başçısı Dmitri Peskov bu gün vurulmuş rus hərbi təyyarəsi barədə jurnalistlərin suallarını cavablandıran zaman bildirib.
Türkiyə KİV-lərində Vladimir Putinin Təhlükəsizlik Şurasının iclasını çağırması barədə dərc olunan materiallara toxunan Peskov deyib: “Türkiyə KİV-ləri yəqin ki, Putinin Təhlükəsizlik Şurasının fövqəladə və ya mütəmadi iclaslarını nə zaman və hansı səbəbdən çağırdığını bilmirlər”.
Lakin Kremlin sözçüsü çox ciddi hadisə baş verdiyini söyləyib: “Tam mənzərəni bilmədən hansısa ehtimallar, qiymətləndirmələr irəli sürmək doğru olmaz”.