«Taliban» silahlı qruplaşması Moldova şirkətinə məxsus helikopteri vurub.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, vurulan helikopter Əfqanıstanın taliblərin nəzarətində olan Kurduz əyalətinə düşüb.
Əfqanıstan polisi göyərtdə olan 18 nəfərin girov götürüldüyü, ekipaj üzvlərindən isə 3 nəfərin öldürüldüyü barədə məlumat yayıb.
Helikopter Əfqanıstan üzərində BMT-nin sülhməramlı əməliyyatı çərçivəsində uçuş keçirirdi.