XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

18 İyun 2017 - 04:20

ABŞ-ın raket gəmisi yük gəmisiylə toqquşdu –7 dənizçi itkin düşüb

ABŞ-ın raket gəmisinin Yaponiya sahillərində Filippinin yük gəmisi ilə toqquşması nəticəsində 7 ABŞ dənizçisi itkin düşüb.

Hərbi gəmi ABŞ-ın 7-ci dəniz donanmasına aiddir.

Bundan başqa gəminin kapitanı və azı iki dənizçi yaralanıb.

Bu barədə "Reuters" agentliyi iyunun 17-də ABŞ komandanlığı və Yaponiyanın sahil-mühavizə xidmətinə istinadla xəbər verir.

Xilasedicilər qəza yerində axtarış aparırlar.

Dənizçilərin güclü zərbə nəticəsində dənizə düşdükləri, bəzilərinin isə otaqlarda bloklandığı güman edilir.

CNN televiziya kanalı ABŞ gəmisinə-xüsusilə də suda olan hissəsinə ciddi zərər dəydiyini xəbər verir.

Gəminin gövdəsi deşildiyindən, suvuran nasoslar işə salınıb.

ABŞ komandanlığının məlumatına görə, yük gəmisi Filippin bayrağı altında üzürmüş və ABŞ gəmisindən təxminən 3 dəfə böyük imiş.

Yük gəmisinə də ciddi zəzər dəyməsinə baxmayaraq, yavaş sürətlə Yokosuka limanındakı bazasına doğru hərəkət edir.

ABŞ komandanlığı araşdırma aparıldığını bildirir.

azadliq.org