XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

25 Noyabr 2015 - 10:59

Aparat rəhbəri vəzifədən alındı – Komitədə dəyişiklik

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Elçin Quliyevin fəaliyyətinə xitam verilib.

Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı APA-ya bildirib ki, “Dövlət qulluğu haqqında” qanunun 33-cü maddəsinə əsasən, qanunverici orqana millət vəkili seçilən dövlət qulluqçusunun işinə dərhal xitam verilir və həmin şəxs Mlli Məclisdə millət vəkili kimi fəaliyyətinə başlayır.

Xatırladaq ki, E. Quliyev noyabrın 1-də V çağırış Milli Məclisə keçirilən seçkilərdə 63 saylı Sabirabad Birinci Seçki Dairəsindən deputat seçilib. Konstitusiya Məhkəməsi dünən Milli Məclisə seçkilərin nəticələrini təsdiq edib.

F. Talıblı bildirib ki, “Dövlət qulluğu haqqında” qanunun tələbinə əsasən dünən Dövlət Komitəsində Elçin Quliyevin fəaliyyətinə xitam verilib.