XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

06 Aprel 2015 - 08:10

Ərdoğana qarşı sürpriz etiraz – 65 deputat yazdı

İranda 65 millət vəkili Prezident Həsən Ruhaniyə məktub yazaraq çərşənbə axşamı Tehrana gələcək Türkiyə Prezidenti R.T.Ərdoğanı sərt şəkildə xəbərdar etməsini istəyib.

Axar.az xəbər verir ki, İranın yarı-rəsmi Fars Xəbər Agentliyinin verdiyi məlumata görə, 65 millət vəkili Ərdoğanın İran xalqını təhqir etdiyinə görə rəsmi olaraq üzr istəməyə məcbur edilməsini istəyib.

çərşənbə axşamı İrana gedəcək Prezident R.T.Ərdoğanın İran prezidenti ilə yanaşı, ölkənin dini lideri Əli Xamenei ilə də görüşəcəyi gözlənilir.

Xatırladaq ki, R.T.Ərdoğan bir neçə gün bundan əvvəl Ərəb ölkələrinin Yəmənə qarşı başlatdığı hərəkatı dəstəklədiyini açıqlayaraq belə demişdi: “İranın Yəmənə müdaxilə etməməsi bizi, Körfəz ölkələrini narahat etməyə başlayıb. Buna dözmək mümkün deyil”.