Rusiya prezidenti Vladimir Putin ölkə vətəndaşlarını Türkiyəyə getməməyə çağırıb.
Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Putin Rusiya təyyarəsinin vurulmasından və pilotun həyatını itirməsindən sonra belə bir tədbirin görülməsinin şərt olduğunu deyib.
Xatırladaq ki, dünən Rusiya xarici işlər naziri Sergey Lavrov da Rusiya vətəndaşlarını Türkiyəyə səyahət etməməyə çağırmışdı. Nazir Türkiyənin Rusiya üçün təhlükəli ölkə olduğunu bildirmişdi.