XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 November 2015 - 12:39

Ankara Moskvaya başsağlığı verdi, Lavrov isə… – Açıqlamalar

Türkiyə xarici işlər naziri Mövlud çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrova zəng edərək noyabrın 24-ü Türkiyə HHQ-i tərəfindən vurulan “Su-24” tipli qırıcıda ölən pilota görə başsağlığı verib.

Bu barədə “RİA Novosti” xəbər verir. 

“Dünəndən Türkiyənin yüksək səviyyədə izahatını gözləyirdik. Lakin heç olmamaqdansa, bu da yaxşıdır. Türkiyəli nazir öz hərbi hava qüvvələrinin fəaliyyətinə haqq qazandırmağa çalışdı. O, öz hərəkətlərini ABŞ-la razılaşdırıb-razılaşdırmadıqları ilə bağlı suala cavab verə bilmədi. İnsident planlaşdırılmış təxribata oxşayır“, – deyə Lavrov qeyd edib.

Lavrovun sözlərinə görə, Türkiyə XİN rəhbəri Mövlud çavuşoğlu bəyan edib ki, türk dispetçerlər vurulan “Su-24” tipli təyyarənin kimə məxsus olduğunu bilməyiblər: “Türkiyə XİN rəhbəri qeyd edib ki, bir çox xəbərdarlıqlara baxmayaraq, təyyarə 17 saniyə Türkiyənin hava məkanında olub. O, bildirib ki, onlar təyyarənin Rusiyaya məxsus olduğunu bilməyiblər. çünki həmin ərazidə tez-tez Suriya Hərbi Hava Qüvvələrinin təyyarələri uçur”

öz növbəsində Lavrov çavuşoğluna 2012-ci ildə Suriya hərbçilərinin ölkənin hava məkanı pozduğuna görə Türkiyəyə məxsus “F-4 Phantom” təyyarəsini vurmasından sonra hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın səsləndirdiyi fikirləri xatırladıb: “Hava məkanı sərhədlərinin qısa müddətə pozulması faktı güc tətbiq edilməsi üçün əsas ola bilməz”(Azvision).

Xatırladaq ki, Rusiyaya məxsus qırıcı təyyarə ötən gün Türkiyənin Suriya ilə sərhədindəki Hatay vilayətində vurulub. Hərbi təyyarə Türkmən dağı ərazisindəki Qızıldağ istiqamətində yerə düşüb. Pilotlar katapulta etsələr də, onlardan biri ölüb. Digər pilotlar isə xüsusi təyinatlıların keçirdiyi 12 saatlıq əməliyyat nəticəsində xilas edilib.