XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 November 2015 - 13:05

Ruslar Türkiyəni «boykot»a başladı – Geyim, qida, turist səfərləri…

Türkiyənin Rusiya təyyarəsini vurması və bunun ardından Kremldən gələn kəskin anti-Türkiyə bəyanatları öz nəticəsini verməyə başlayıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, artıq Rusiyada türk firmalarına məxsus geyimlərdən imtina ilə bağlı kampaniya başlayıb. Məlumatlara görə, Rusiya hər ilk Türkiyə tekstilinə 7 milyard dollarlıq xeyir verir. Bu məbləğin 2,5 milyardı türk işçilərə əməkhaqqı kimi verilir, 400 milyon dolları isə Türkiyənin dövlət büdcəsinə vergi şəklində daxil olur. 

Dekabrın 1-dən Rusiya Türkiyədən quş əti alışını da dayandırır. Rəsmi qurumlar bunu Türkiyədən gələn quş ətində zərərli bakteriyaların aşkarlanması ilə əlaqələndirsə də, əsl səbəbin bu olmadığı məlumdur. 

Nəhayət, bu gündən etibarən Rusiyanın nəhəng turizm şirkətləri Türkiyəyə turist səfərlərini dayandırıb. Hazırda Türkiyədə 10 min rusiyalı turist var. Məlum olaya qədər isə daha 5 min Rusiya vətəndaşı yeni ili Türkiyədə keçirmək üçün turizm şirkətlərinə müraciət etmişdi.
Turizm şirkətlərinin məlum qadağanı nə vaxta qədər davam etdirəcəyi hələlik bəlli deyil.
Xatırladaq ki, prezident Vladimir Putin də, xarici işlər naziri Sergey Lavrov da Rusiya vətəndaşlarını Türkiyəyə səfər etməməyə çağırıblar.